• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Türkiyə hökuməti Somaliyə dəstək oldu

Türkiyə hökuməti Somalidə bomba yüklənmiş avtomobilin partladılması nəticəsində törədilən terror aktı nəticəsində zərərçəkənlərə kömək məqsədilə paytaxt Moqadişoya tibbi briqada göndərdi.

Həkim briqadasından və zəruri tibbi ləvazimatlardan ibarət humanitar yardım Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi təyyarə ilə göndərilmişdir.

Xatırladaq ki, Moqadişoda törədilən terror aktında 90 nəfərdən çox insan tələf olmuşdur. Ölənlərdən ikisiTürkiyə vətəndaşıdır.