• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İrsin sonsuz ruhu

2019-cu il iyunun 30-da Bakıda – Heydər Əliyev Mərkəzində UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə hazırlanmış “İrsin sonsuz ruhu” (“Timeless spirit of heritage”) adlı mədəni proqram təqdim olunmuşdu.

Azərbaycan mədəniyyətinə və bu coğrafiyada sivilizasiyaların inkişafına, qədim abidələrin və irs məkanlarının şahid olduğu tarixə işıq salan möhtəşəm layihənin musiqi proqramının müəllifi Azərbaycan əsilli məşhur müğənni və bəstəkar Sami Yusuf olmuşdur. Onun ölkəmizin musiqiçiləri ilə birlikdə ifa etdiyi kompozisiyalar böyük rəğbətlə qarşılanmışdır.

Bir müddət sonra isə Sami Yusufun həmin proqramdan bir parçanı – böyük Azərbaycan şairi İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı kompozisiyanı özünün “YouTube” kanalında yerləşdirməsi internet məkanında əsl hadisəyə çevrildi, “Məndə sığar iki cahan...” adlı musiqili kompozisiya qısa müddətdə yüz minlərlə izləyici topladı.