• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

20 illik fəaliyyət dövrü

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 20 illik yubileyini qeyd edir. 1999-cu il dekabrın 29-da ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsində hazırlanmış milli neft strategiyasının tərkib hissəsi olaraq neft-qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsindən əldə olunan gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün qorunub saxlanmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradılmışdır.

ARDNF fəaliyyət göstərdiyi müddətdə qarşısına qoyulan məqsədlərə nail olmaq üçün mühüm tədbirlər həyata keçirmiş, Azərbaycan üçün prioritet sayılan strateji vacib, irimiqyaslı yerli və beynəlxalq əhəmiyyətə malik sosial-iqtisadi layihələrin maliyyələşdirilməsində uğurla iştirak etmişdir.