• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

"Bəşər qardaşlığı: Bütün dünyada sülh və birgəyaşayış naminə".

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi Roma Papası Fransiskin bu ölkəyə səfəri zamanı imzalanmış “Bəşər qardaşlığı: Bütün dünyada sülh və birgəyaşayış naminə” adlı bəyannaməni ictimaiyyətə təqdim etdi.

Xatırladaq ki, Roma Papası Birləşmiş Ərəb Əmirliklərinə Əbu-Dabi vəliəhdi, Şeyx Mohammed bin Zayed Al-Nahyanın dəvəti ilə cari il fevralın 3-5-də ilk dəfə rəsmi səfər etmişdir.

Səfər çərçivəsində dünyanın müxtəlif ölkələrindən gəlmiş dini liderlərin iştirakı ilə bəşər qardaşlığına həsr olunmuş beynəlxalq konfrans keçirildi. Konfrans çərçivəsində Roma Papası Fransisk və Əl-Əzhər məscidinin imamı şeyx Əhməd ət-Tayyibin birgə bəyannamə imzaladılar.