• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Türkiyə yerli avtomobil istehsalına başlayır

"Bu gün ölkəmiz üçün tarixi gündür. Altmış illik xəyalımız reallığa çevrilir. Uzun illərdir ki, öz avtomobilimizi istehsal etmirdik. Yüzdən çox türkiyəli mühəndis yerli texnologiyalardan istifadə edərək layihə üzərində çalışdı. Bursa əyalətinin Gemlik şəhəri rayonunda yeni zavod tikiləcək”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirdi.

Türkiyənin ilk elektromobilinin istehsalı üzrə layihənin investisiyası 13 il ərzində 22 milyard dollar təşkil edəcək. “Türk avtomobilləri” təşəbbüs qrupu ildə beş modeldən ibarət 175 min avtomobil istehsal etməyi planlaşdırır. Dövlət 2035-ci il dekabrın 31-dək 30 min elektromobil almaq niyyətindədir.